ABŞ Azərbaycanın bu addımını alqışladı

ABŞ Azərbaycanın bu addımını alqışladı

ABŞ erməni hərbçilərinin Azərbaycan tərəfindən qaytarılmasını alqışlayır.

Miq.Az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun "Twitter" hesabında paylaşım edilib.

"2021-ci il noyabrın 16-da saxlanılan beş erməni hərbçinin dekabrın 29-da Azərbaycan tərəfindən geri qaytarılmasını alqışlayırıq.

Biz qalan i bütün saxlanılanların tam və tez zamanda azad edilməsi, meyitlərin dəyişdirilməsi və itkin düşənlərin axtarışı ilə bağlı tərəflərə çağırırıq. Biz beynəlxalq öhdəliklərə uyğun olaraq məhbuslarla humanist rəftarın vacibliyini vurğulayırıq", - deyə paylaşımda bildirilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az