ABŞ bu iki ölkə ilə sazişə hazırlaşır, bizlə də belə olacaq

ABŞ bu iki ölkə ilə sazişə hazırlaşır, bizlə də belə olacaq

ABŞ İran və Venesuela ilə enerji resursları ilə bağlı müqavilə imzalamağa cəhd edir. Halbuki özləri bu ölkələrə qeyri-legitim sanksiyalar tətbiq etmişdilər.

Axar.az xəbər verir ki, bu sözləri Vladimir Putin hökumət üzvləri ilə görüşündə deyib.

"İranla barışmaq, təcili bütün sənədləri imzalamaq istəyirlər. O cümlədən Venesuela ilə. Venesuelaya gediblər ki, onlarla razılığa gəlsinlər. Əvvəldən bu qeyri-legitim sanksiyaları tətbiq etməmək lazım idi”, - Putin bildirib.

Putin Rusiya ilə də eynilə bu cür olacağına əminliyini ifadə edib.

Qeyd edək ki, Rusiyadan neft və qaz asılılığını aradan qaldırmaq üçün Qərb ölkələri alternativ mənbələr axtarır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az