ABŞ-da sunami təhlükəsi elan edildi

ABŞ-da sunami təhlükəsi elan edildi

Çilidə baş verən güclü zəlzələdən sonra ABŞ-ın Kaliforniya və Havayi ştatlarında sunaminin yaranması təhlükəsi elan edilib.

Vətəninfo.az-ın məlumatına görə, Azvision.az "Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Hava Xidməti xəbər yayıb.

"Çilidə baş verən güclü zəlzələ sunamilərin yaranması ilə nəticələnib və bununla əlaqədar Havay ştatı və Amerikan Samoası, həmçinin Cənubi Kaliforniya ərazisinin bir hissəsində bu təhlükə ilə bağlı xəbərdarlıq edilib”, - deyə məlumatda bildirilir.

Məlumatda ABŞ ərazisində güclü sunaminin olmayacağı faktı da xüsusi vurğulanır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az