ABŞ-dan Gülən açıqlaması: “Uzun çəkəcək”
ABŞ Dövlət Departamenti Türkiyədə hərbi çevrilişə cəhd edən Fətullah Gülənin təhvil verilməsi ilə bağlı açıqlama yayıb.
Axar.az xəbər verir ki, departamentin sözçüsü Mark Toner Gülənin Türkiyəyə verilməsi haqda sənədlərin ABŞ Ədliyyə Nazirliyində araşdırıldığını bildirib.
Toner bu prosesin uzun çəkəcəyini deyib:
"Bildiyimə görə, ABŞ Ədliyyə Nazirliyi hazırda Türkiyənin bizə göndərdiyi sənədlərin Fətullah Gülənin onlara təhvil verilməsinə kifayət edib-etmədiyini müzakirə edir. Bu proses xeyli vaxt aparacaq”.
Qeyd edək ki, Türkiyə tərəfi dəfələrlə Fətullah Gülənin qeydsiz-şərtsiz qaytarılmasını sübut edən sənədləri ABŞ-a təqdim etdiyini açıqlayıb.
Miq.az