ABŞ-dan sensasiya: Rusiya Qarabağın həllinə imkan vermir

ABŞ-dan sensasiya: Rusiya Qarabağın həllinə imkan vermir

Rusiya Dağlıq Qarabağ ətrafında konfliktin nizamlanmasına yox, saxlanılmasına çalışır.

Miq.Az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent deyib. O, Azərbaycan hakimiyyətinin Rusiya sülhməramlılarının Qarabağda qalmasından narazılığının artacağını gözlədiyini bildirib:

"Gürcüstan xarici işlər nazirinin müavinlərindən biri noyabrda belə dedi: "Bu, bizim 1998-ci ildə olduğumuz situasiyadır. Azərbaycan daha sonra bizim 2008-ci ildə olduğumuz situasiyada olacaq. Daha sonra o bizim indiki situasiyamıza gələcək”.

Bu, kifayət qədər bədbin, amma mümkün proqnozdur”.

Kent Rusiyanın Qarabağdakı konflikti manipulyasiya etməklə ondan fayda götürməyə, Azərbaycanla Ermənistanın irəli getməsinə imkan verməməyə çalışdığını deyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az