ABŞ dövlət katibinin yeni müavinin adı bəlli olub

ABŞ dövlət katibinin yeni müavinin adı bəlli olub

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə yeni müavinin adı bəlli olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ dövlət katibi Con Kerri adıçəkilən vəzifəyə Tom Şennonun namizədliyini irəli sürüb. Bundan əvvəl T.Şennon ABŞ Dövlət Departamentində müşavir, ABŞ-ın Braziliyadakı səfiri və dövlət katibinin Qərb yarımkürəsi üzrə müavini vəzifələrində çalışıb. T.Şennonun namizədliyi ABŞ Konqresinin senatı tərəfindən təsdiq edilməlidir. T.Şennon dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsində İranın nüvə proqramı üzrə danışıqlarda fəal iştirak etmiş Uendi Şermanı əvəzləyəcək. U.Şerman oktyabrın 2-də postunu tərk edəcək. Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az