Rusiyanın hipersonik "Xəncər” raketlərini Sakit okean regionundakı ABŞ təyyarədaşıyan gəmilərinin qatili adlandırmaq olar. Bu silah ABŞ donanmasını müdafiəsiz qoymaq imkanlarına sahibdir.
Axar.az xəbər verir ki, bu sözləri "Diplomat” jurnalında yazısında jurnalist Abraham Eyt yazıb.
Eytin sözlərinə görə, Moskva və Pekin "Xəncər”lər vasitəsilə Qərbin Asiya-Sakit okean bölgəsində hərbi varlığını məhdudlaşdırmağa çalışır. Əvvəllər ABŞ-ın bu sahədə ən çəkindiyi raketlərin Çinin "Dunfen-21D” raketləri olduğu qeyd edən müəllif həmin raketlər vasitəsilə 1400 kilometr məsafədə düşmən gəmilərinin qarşısının alındığını və dəqiq zərbələr endirildiyini xatırladıb.
"Qoy DF-21D unikal və möhtəşəm silah olaraq qalsın, ancaq 2018-ci ildən etibarən Asiya-Sakit okean regionunda ABŞ-ın hərbi gəmiləri üçün əsas təhlükə Rusiyanın yeni hipersonik "Xəncər” raketləri olacaqdır”, - eskpert bildirib.
Xatırladaq ki, "Xəncər” raketlərinin imkanları ruslara ABŞ gəmilərini ölkənin quru sərhədlərindən 3500 kilometr məsafədə qarşılamağa imkan verir.