ABŞ PKK-ya 50 ton silah daşıdığını etiraf etdi
Amerikan hərbi təyyarələrinin Suriyanın şimalında Haseke
bölgəsnə PKK-nın Suriya qolu PYD-yə 50 ton silah-sursat endirdiyi
iddiası təsdiqlənib.
Dünən CNN-in yaydığı xəbəri Pentaqon Sözçüsü Elissa Smit təsdiqləyib.
Smit bildirib ki, PYD-yə silah vermələrinə səbəb onların İŞİD-lə vuruşmalarıdır.
Pentaqon
sözçüsü ABŞ Hava Qüvvələrinə aid C-17 yük tipli hərbi təyyarə ilə
PYD-yə silah-sursat daşıdıqlarını və lazım olan silahların təhlükəsiz
bir şəkildə ünvana çatdırıldığını bildirib.
Qeyd
edək ki, PYD PKK-nın Suriya qoludur. Türkiyə bu təşkilatı da terror
qruplaşması kimi tanıyır. Rəsmi Ankara PKK-nın Suriya qolunun
Türkiyədəki terror aktlarında iştirak etdiyini iddia edir.