ABŞ Sarkisyanı təmkinli olmağa çağırdı

ABŞ Sarkisyanı təmkinli olmağa çağırdı

ABŞ Ermənistanda siyasi dəyişikliklərin zor tətbiq olunmaqla reallaşdırılması cəhdini pisləyir və hakimiyyəti vəziyyəti nizama salmaq üçün təmkin nümayiş etdirməyə çağırır.

RİA Novosti-yə istinadən verilən məlumata görə bildirir ki, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner Yerevanda polis bölməsinin ələ keçirilməsi ilə bağlı vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, Vaşinqton hesab edir ki, siyasi məsələlərin həllində güc tətbiq olunması pis ideyadır, dəyişikliklər demokratik yolla həyata keçirilməlidir.

O, bu məsələdə rəsmi Yerevanı təmkinli olmağa çağırıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az