ABŞ və Britaniya bayrağı olan mallar mağazalardan yığışdırılır

ABŞ və Britaniya bayrağı olan mallar mağazalardan yığışdırılır
İran polisi üzərində ABŞ və Böyük Britaniya bayrağı olan paltarları və başqa malları dükanlardan yığışdırır.

Vətəninfo.az "Report"a istinadən xəbər verir ki, bu haqda yerli KİV məlumat yayıb.

Məlumata görə, Tehran Polis İdarəsinin rəisi Hüseyn Sacediniya bildirib: "Satanist simvollar olan geyimlər paytaxt dükanlarından yığışdırılıb. Belə malları satan istənilən mağaza bağlanacaq. Bu sayaq qanunsuz fəaliyyət haqda məlumat son iki həftədə bizə çatıb. Ona görə də həmin mallar üzrəində nəzarət təşkil etmişik və bu işlə məşğul olan şəxsləri saxlamışıq".

Xatırladaq ki, ötən gün İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının (Sepah) komandanı, briqada generalı Məhəmmədəli Cəfəri deyib ki, nüvə proqramı ilə bağlı razılaşma imzalanandan sonra "ABŞ-la düşmənçilik bitdi" düşüncəsi narahatedicidir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az