ADİU-nun MBA Proqramı EFMD-yə tam üzv qəbul edilib

ADİU-nun MBA Proqramı EFMD-yə tam üzv qəbul edilib

Respublikada ilk dəfə olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin MBA De¬par¬tamentinin MBA Proqramı EFMD (European Foundation for Management Development (Busines School Accreditation)) təşkilatının 1 iyun 2015-ci il tarixin¬dən etibarən tam üzvlüyünə qəbul edilib.
Baş ofisi Belçikanın Brussel şəhərində yerləşən bu təşkilatın əhatə dairəsinə  ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, İsveçrə də daxil olmaqla 81 ölkədən 800-dən artıq akademik təşkilatlar, biznes, dövlət xidməti və məsləhət xidməti qurumları daxildir. EFMD - idarəetmənin inkişafı sahəsində informasiya mübadiləsi, tədqiqatların aparılması, innovativ ideyaların və təlim metodlarının işlənib hazırlanması, bu sahə üzrə qabaqcıl təcrübələrin mübadiləsi, biznes təhsil müəssisələrinin rasionallaşdırılması üzrə yeganə təşkilatdır.
Qlobal miqyasda tanınmış bu təşkilatdünyanın aparıcı təhsil sistemlərinin standartlarına cavab verən  biznes məktəblərinin, onların biznes təhsili proq¬ram¬ları¬nın, korporativ universitetlərin və texnologiyalara əsaslanan tədris proqram¬la¬rı¬nın  qiymətləndirilməsi üzrə akreditasiya xidmətlərini həyata keçirir.
ADİU-nun MBA Departamentinin MBA Proqramının EFMD-yə tam üzv olması ali təhsil müəssisəsinin biznesin idarə edilməsi üzrə proqram heyəti və magistrantlarının mübadiləsinə, bilik paylaşımına  və dünyanın qabaqcıl universitetləri ilə əməkdaşlığa  geniş imkanlar yaradır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az