Aeroportu tüstü bürüdü, sərnişinlər təxliyə edildi

Aeroportu tüstü bürüdü, sərnişinlər təxliyə edildi

"Domodedovo” hava limanında baş verən tüstülənmə nəticəsində sərnişinlər təxliyə edilib.

Vətəninfo.az xəbər verir ki, Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti xəbər yayıb.

Tüstülənmə yerli vaxtla saat 07:02-də aeroportun üçüncü mərtəbəsində qeydə alınıb.

Sonradan məlum olub ki, tüstülənməyə səbəb elektrik cihazlarının nasazlığı olub.

Məlumatda o da bildirilir ki, yerli vaxtla saat 08:03-də 16 kvadrat metrlik sahəni əhatə edən yanğın lokallaşdırılıb, 08:10-da isə tamamilə aradan qaldırılıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az