Afrində terrorçulardan azad edilən yaşayış məntəqələrinin sayı 150-ni ötüb

Afrində terrorçulardan azad edilən yaşayış məntəqələrinin sayı 150-ni ötüb
Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyanın Afrin bölgəsində "Azad Suriya Ordusu" ilə birgə apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində 156 yaşayış məntəqəsini terrorçulardan azad edib.

Miq.az Trend-ə istinadən xəbər verir ki, hazırda PYD və YPG terrorçuları Afrindən bütün istiqamətlər üzrə sıxışdırılıb çıxarılır.
Əməliyyat çərçivəsində indiyədək 720 kv.km ərazinin terrorçulardan təmizləndiyi bildirilir.

Türkiyə SQ və "Azad Suriya Ordusu" artıq Afrinin mərkəzinin 8 kilometrliyindədir.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az