İranın bu ölkədəki səfiri öldürüldü

İranın bu ölkədəki səfiri öldürüldü
İranın Livandakı səfiri Məhəmməd Rza Rauf Şeybani Beyrutda avtomobil karvanına edilən hücumda öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə sosial media kanallarında məlumatlar yayılıb.

İlkin məlumatlara görə, o, Cinnah bölgəsindəki nəqliyyat vasitələrinin karvanına raket hücumundan sonra həlak olub.

Hərbi gəmilərdən edildiyi iddia olunan raktet hücumu nəticəsində İran səfiri ilə birgə 10 nəfərdən çox başqa şəxsin də öldürüldüyü bildirilib.

Məlumat hələlik rəsmi olaraq təsdiq edilməyib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az