Trampdan QORXULU PROQNOZ: "Fəlakət baş verə bilər"
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Yaxın Şərqdəki vəziyyəti şərh edib.
Publika.az xəbər verir ki, o, bu barədə "Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Tramp deyib ki, ABŞ Yaxın Şərqin tamamilə nəzarətdən çıxmasına icazə verib. Onun fikrincə, indi həqiqətən pis şeylər baş verir, lakin onların qarşısını almaq olar.
"Güc və dəqiqliklə mübarizə aparmasanız, fəlakət baş verə bilər", - Tramp xəbərdarlıq edib.
Eks-prezident əlavə edib ki, bu bəyanat Ukraynadakı münaqişəyə də aiddir, bəlkə də daha böyük ölçüdə.
Bundan əvvəl Tramp ABŞ-ın hazırkı prezidenti Co Baydenin Ukrayna və İsraillə bağlı qərarlarını tənqid edib. O, dövlət başçısının siyasətini hərbçinin dəliliyi adlandırıb.
Bundan əvvəl Tramp deyib ki, Bayden Yaxın Şərqdə münaqişənin qızışmasına icazə verib.