Tramp NATO müttəfiqlərinə: "QORXAQLAR"

Tramp NATO müttəfiqlərinə:
"ABŞ olmadan NATO "kağız pələngdir". Onlar nüvə silahına malik İranın qarşısını almaq üçün mübarizəyə qoşulmaqdan imtina etdilər".

Modern.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp "Truth" sosial media hesabındakı paylaşımda bildirib:

"Onlar İranı dayandırmaq üçün mübarizəyə girmək istəmirlər. İndi onlar ödəməyə məcbur olduqları yüksək neft qiymətlərindən şikayətlənirlər. Lakin Hörmüz boğazının açılmasına kömək etmək də istəmirlər. Bu, onlar üçün çox asandır. Qorxaqlar. Biz bunu xatırlayacağıq!".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az