Əgər seçkilərdə uduzsam... - Tramp

Əgər seçkilərdə uduzsam... - Tramp
Seçkilər ədalətli keçəcəksə, seçkidə uduzsam belə, nəticələri qəbul edəcək ilk insan mən olacağam.

Axar.az xəbər verir ki, bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Florida ştatında Uest Palm Biç şəhərində səsvermədə iştirak etdikdən sonra jurnalistlərin suallarına cavabında deyib.

Seçkinin nəticələrinə əsasən tərəfdarlarına zorakılığa əl atmamaqla bağlı çağırış edib-etməyəcəyi ilə bağlı suala cavabında Tramp bildirib ki, heç kəsə heç nə deməyəcək, çünki heç bir zorakılıq olmayacaq:

"Məni dəstəkləyənlər zorakı insanlar deyil. Biz böyük ölkəyik, lakin ölkəmiz çətin vəziyyətdədir. Biz bunları düzəltməliyik”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az