Ahmet Kenan:"Qarabağ məsələsi türk dünyasının ortaq problemidir"

Ahmet Kenan:"Qarabağ məsələsi türk dünyasının ortaq problemidir"

Bu sözləri Vətəninfo.az-a Türkiyə Böyük Millət Məclisinin Milliyyətçi Hərəkat Partiyasından olan millət vəkili, sabiq sənaye və ticarət naziri Ahmet Kenan Tanrıkulu bildirib.
“Qarabağ problemi ilə bağlı türk dünyası ortaq mövqeyini ortaya qoymalıdır. Ermənistan bu təzyiqi görməlidir ki, türk dünyası bu məsələdə həssasdır və bu dərdi unudan deyil. Üstəlik, bununla yanaşı beynəlxalq aləm Ermənistana təzyiqləri gücləndirməlidirlər. Yoxsa, Ermənistan Qarabağ torpaqlarından öz xoşu ilə çıxan deyil.
Azərbaycanın öz hərbi potensialını gücləndirdiyini və bütün imkanlarını genişləndirməkdə olduğunu deyən millət vəkili Azərbaycan bütün sahələrdə Ermənistanı geridə qoyduğunu söyləyib: "Bu, çox yaxşı şeydir. Ermənistan üçün siqnal olmalıdır”.

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az