Azərbaycanımızın və səhnəmizin ilk Şəbnəmi, əməkdar artist Şəbnəm Tapdıqova mənim sənət aləmində sevdiyim, dinlədiyim, şəxsiyyətinə rəğbət bəslədiyim xanım müğənnilərdən biridir. Şəbnəm xanımı təkcə müğənni kimi deyil, həm də öz əxlaqı ilə seçildiyinə görə daha çox sevirəm. Şəbnəm xanım hər zaman özünə, sənətinə, xanım olaraq mənəviyyatına yüksək dəyər verir.Müğənni mahnı seçiminə qarşı olduqca tələbkardır. Elə bu tələbkarlığın nəticəsidir ki, Şəbnəm xanımın repertuarında yalnız səviyyəli mahnılar özünə yer tapır. Onu da qeyd edim ki, Şəbnəm xanım müğənniliklə bərabər həm də bir neçə gözəl mahnıların müəllifidir. İfa etdiyi əksər mahnıların aranjemanı da məhz xanım müğənniyə məxsusdur. Eyni zamanda, Şəbnəm xanım gözəl şeirlər yazır. Mütaliəni sevən, poeziyaya varlığı ilə bağlanan Şəbnəm Tapdıqova həm də bir şəxsiyyət olaraq cəmiyyətdə sevilir.
Son zamanlar mənimlə Şəbnəm Tapdıqova arasında olan münasibətlərimizə aydınlıq gətirərək onu bildirmək istəyirəm ki, bizim çox gözəl münasibətlərimiz var. Müntəzəm olaraq telefon vasitəsilə əlaqə saxlayırıq. Şəbnəm mənim üçün fenomen bir şəxsiyyət olduğundan daha əziz, daha doğmadır. Çünki o özünə qiymət verməyi bacarır. Və mən bu yazı ilə bir daha Şəbnəm xanıma olan sevgimi bildirmək istəyirəm. Bizim aramızı heç kim vura bilməz. Mənim üçün Şəbnəm Tapdıqova Azərbaycan musiqisinin nadir incilərindən biridir. Türk mahnıları ilə bərabər fransız mahnılarını da gözəl ifa edir. Fransız dilini bildiyindən fransız dilinin fonetikasını fonetik bir şəkildə mahnıların misralarına köçürərək bənzərsiz səsində tamaşaçıya çatdırır. Şəbnəm xanıma uğurlar arzulayaraq deyirəm ki, ay Şəbnəm xanım, səsin həmişə insanların ruhunu oxşasın. Çünki bu səsə, bu ifaya hamının ehtiyacı var.
Vətəninfo.az