Alimpaşa Məmmədovun maral sevgisi - VİDEO

Alimpaşa Məmmədovun maral sevgisi - VİDEO

Şəmkir rayon İcra Hakimiyyətinin həbs edilən sabiq icra başçısı Alimpaşa Məmmədovun maral ferması aşkarlanıb.

Həbs edilən sabiq icra başçısı Şəmkir rayonunda hektarlarla ərazini zəbt edərək orada şəxsi maral təsərrüfatı yaradıb.

Məlumata görə, əvvəllər təsərrüfatdakı maralların sayı çox olsa da, hazırda bu fermada olan heyvanların sayı 30-dan çoxdur. Əvvəllər Şəmkirin Kür qəsəbəsində camış ferması kimi tanınan ərazi sonradan A.Məmmədov tərəfindən zəbt edilib. Həmin fermada icra başçısı maral təsərrüfatı yaradıb. Ərazidə marallar üçün müxtəlif ölçüdə iki tövlə də tikilib.
 


Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az