Alimpaşa Məmmədovun növbəti biabırçılığı

Alimpaşa Məmmədovun növbəti biabırçılığı

Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun yaratdığı şou növbəti dəfə gülüşə çevrilib.

Vətəninfo.az-ın elektron ünvanın Şəmkir İcra Hakimiyyətindəki  mənbələrdən daxil olan məlumatda qeyd edilir ki, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqlarla görüşən Alimpaşa Məmmədov bu dəfə də gözlənilməyən formada iştirakçıları təccübləndirib. 

Belə ki, icra hakimiyyətinin iclas zalında keçirilmiş görüşdə Alimpaşa Məmmədov tribunada oturaraq uşaqlara yuxarıdan aşağı baxdığının fərqində olmayıb. Daha doğrusu bunu ağlından belə keçirməyib. 

Halbuki ümummilli lider Heydər Əliyev uşaqlarla görüşəndə həmişə onların arasında olurdu.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva Gəncə sakini Ümid Həbibovu ad günündə təbrik edən zaman 11 yaşlı uşaqla eyni masada oturdular.

İyunun birində prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağ Şəhər Bulvarının açılışında da sadəlik nümünəsi göstərərək, uşaqların arasında oldular və onlarla şəkillər çəkdilər.

Əsl biabırçılıq isə Alimpaşa Məmmədovun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hərəkətini təkrarlamaq istəyəndə yaşanıb. Belə ki, uşaqlardan birini öz yerində otuzduran Alimpaşa Məmmədov "icra başçısın"dan özü kimi davranmağı istəyib.

Görünür Alimpaşa Məmmədov uşaqla və qadınla necə davrandığını hələ oyrənməyib.

Qızları bir-bir ayağa qaldırib, onlardan izahat tələb edən "icra başçısı"nın hərəkətlərindən Alimpaşa Məmmədov məmnun görünür. Çünki özü iclaslarda 4-5 qadını eyni vaxtda ayağa qaldıraraq onları sorğu sual etmək təcrübəsinə malikdir.

Şəmkirdə keçirilən tədbirlərdə birinci sinif şagirdlərinə belə "babuçka" taxdıran Alimpaşa Məmmədov rəsmi tədbirlərdə iştirakçıların hamısının Avropasayağı geyinməsini tələb edir. Göründüyü kimi rəhbərlik etdiyi rayonu nə qədər Avropaya oxşatmaq istəsədə Alimpaşa Məmmədovun  bəzi davranışları  hər dəfə ona mane olur...



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az