Almaniya Bundestaqı "erməni soyqırımı"nı qəbul etdi-Türk səfiri geri çağırıldı
Almaniya Bundestaqı qondarma erməni "soyqırımı" ilə bağlı qətnaməni qəbul edib.
Miq.az xəbər verir ki, qətnamə "101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması” adlanır.
Səsvermədə Almaniya kansleri Angela Merkel qatılmayıb.
Türkiyə XİN Almaniya Bundestaqının qondarma "erməni soyqırımı” qətnaməsini qəbul etməsinə cavab olaraq bu ölkədən səfirini geri çağırıb.
Səfir Hüseyn Avni Karslıoğlu (əvvəl Bakıda səfir olub) bu gün axşam saatlarında İstanbula gələcək. Onun "məsləhətləşmələr üçün” geri çağırıldığı bildirilir. Hələlik Türkiyə prezidenti Ərdoğanın və hökumətin Bundestaqın qərarına reaksiyası məlum deyil. Bununla belə AKP sözçüsü Yasin Aktay Almaniya parlamentindəki səsvermənin iki ölkə münasibətlərinə ciddi zərər verdiyini deyib.
Miq.az