Vətəninfo.az xəbər verir ki, Almaniya Federal parlamentində təmsil olunan müxalif partiyalardan Sol Prtiyası parlamentə qondarma erməni soyqırımı ilə bağlı parlamentin mövqeini öyrənmək üçün sənəd təqdim eidb. Sol Partiya parlamentin qondarma erməni soyqırımının 100-cü ilində, yəni 1915/1916 –ci ildə baş verənlərin soyqırım olaraq görüb-görmədiyini bilmək istəyib.
Məlumata görə, parlamentə təqdim edilən sənədlə bağlı Almanya hökuməti öz mövqeini xarici işlər naziri vasistəsi ilə açıqlayıb və 1915/1916-cı ildə baş verənlərin soyqırım adlandırılmasına qarşı olduqlarını bəyan edib.
Məlumata görə. Almaniya Xarici İşlər nazirliyi açıqlamasında 1915-ci ildə baş verən hadisələrin araşdırılmasının tarixçilərin işi olduğunu və bu məsələnin tariçilərin müzakirəsinə verilməsini müdafiə etdiklərini bəyan edib.
Məlumata görə, Almaniyadakı erməni təşkilatları, erməni kilsəsi və digər təşkilatlar 24 aprel qondarma soyqırımla bağlı müxtəlif tədbirlər təşkil edəcəklər. Ermənilər Almaniya hökumətindən bu anma tədbirlərində iştirak etmələrini istəyirlər.Almaniya XİN-yi məsələ ilə bağlı yaydığı açıqlamada qeyd edilir ki, Alman hökuməti bu aralar Osmanlı İmperatorluğunda 1915-1916-cı illərdə ermənilərə qarşı həyata keçirildiyi iddia edilən qətliyam və sürgünlərin 100-cü il dönümü ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak edib-etməyəcəyi ilə bağlı imkanlarının olub-olmadığını dəqiqləşdirməkdədir. Ancaq hələlik bir anım tədbiri təşkil etmək planımız yoxdu.
Almaniya XİN-nin açıqlamasında daha sonra dörd maddədən ibarət təklifdə yer alır. Həmin təklifdə vurğulanır ki, 1915-1916-cı ildə baş verənlər ilk növbədə Türkiyə ilə Ermənistanın öz aralarında müzakirə edib nəticəyə gəlmələri lazımdır.
“Hadisənin soyqırım olub-olçadığını tariçilər deyə bilərlər və o dövürdə baş verənlərin araşdırılmsını tariçilərə buraxın. Soyqırımla bağlı Birləşmiş Millətlər Təşkilatının 1948-ci ildə hazırlanan 1951-ci ildə qəbul edilən qərarı var. Bu qərar Almaniyada 22 fevral 1955-ci ildə qəbul edilib. Bu qərar qəbul edildikdə. Qərardan imtina mümkün deyil, 1915/1916 –ci ildə baş verənlərin 100-cü il dönümü ilə bağlı ermənilər tərəfindən həyata keçiriləəck tədbirlər haqqında bizə məlumat verilib. Almaniya hökumətinin hal-hazırda proqramında hansısa anma tədbirləri keçirmək planı yoxdur”.
Vətəninfo.az