Anar Məmmədovun şirkətinin lisenziyası dayandırıldı

Anar Məmmədovun şirkətinin lisenziyası dayandırıldı

Vətəninfo.az  xəbər verir ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən “Qarant İnvest” MMC-nin lisenziya fəaliyyəti dayandırılıb. Komitədən Lent.az-a verilən məlumata görə, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Qarant İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinə broker fəaliyyəti üçün verilmiş lisenziya bu il sentyabrın 16-da dayandırılıb.

Qeyd edək ki, bununla da qiymətli kağızlar bazarında 13 broker fəaliyyəti, 13 diler fəaliyyəti və 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası, 2 klirinq və aktivlərin idarə olunması üzrə 2 təşkilatın xüsusi razılıqları (lisenziyalar) qüvvədədir. "Qarant İnvest" 2011-ci ildə yaradılıb. MMC  "Qarant Holdinq"ə daxil olan "Qarant Sığorta"nın törəmə müəssisəsi kimi fəaliyyət göstərib.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az