Anar Qədirli işindən getdi - Səhiyyə Nazirliyində ixtisarlar davam edir

Anar Qədirli işindən getdi - Səhiyyə Nazirliyində ixtisarlar davam edir
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Qədirli işdən azad olunub.

Miq.az
xəbər verir ki, Anar Qədirli məsələni Teleqraf.com-a təsdiq edib.
O bildirib ki, artıq 6 aya yaxındır bu vəzifəni icra etmir: "Mətbuatdan kənar yerdə işləyirəm”.
Səhiyyə Nazirliyinin Mətbut Xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumatın doğru oldunu bildirib.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev bildirib ki, Anar Qədirlinin yerinə təyinat yoxdur: "Anar müəllim öz ərizəsi ilə işdən çıxıb. Hələ ki, yerinə təyinat yoxdur”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az