Ankara qondarma soyqırımı tanıyan Baydenə bu cavabı verəcək – ŞOK İDDİA

Ankara qondarma soyqırımı tanıyan Baydenə bu cavabı verəcək – ŞOK İDDİA

Türkiyə ABŞ Prezidenti Co Baydenin qondarma erməni soyqırımını tanımasına cavab olaraq, PYD/YPG terror təşkilatına qarşı əməliyyatlara başlaya bilər.

Miq.Az xəbər verir ki, bu barədə iddia "Blumberq” agentliyinin dərc etdiyi məqalədə qeyd olunub.

Rəsmi mənbələrə istinadən edən agentliyin iddiasına görə, Türkiyə bundan başqa 1980-ci ildə ABŞ-la imzaladığı müdafiə və iqtisadi əməkdaşlıq anlaşmasını dondura bilər.

Sözügedən anlaşma həm Türkiyə, həm də ABŞ-a təhlükəsizlik yardımı təmin edən kəşfiyyat məlumatlarının mübadiləsini, birgə hərbi təlimlərin təşkilini və ABŞ-a Türkiyədəki hərbi bazalardan istifadə hüququ verməsini ehtiva edir.

"Blumberq”ə açıqlama verən bir Türkiyə rəsmisi qeyd edib ki, Baydenin açıqlaması səbəbindən PYD-yə qarşı hərbi əməliyyat variantı artıq Ankaranın masasına qoyulub.

Miq.Az






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az