ANS-in aparıcısına vəzifə verildi

ANS-in aparıcısına vəzifə verildi
ANS TV-nin aparıcısı Diana Dadaşova Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat katibi təyin edilib.
 
Report.az xəbər verir ki, ANS-in aparıcısı olan, 2015-ci il oktyabrından isə həm də "Anspress.com” saytında redaktor vəzifəsində çalışan D.Dadaşova 1988-ci il təvəllüdlüdür. O, 2010-cu ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin bakalavr pilləsini fərqlənmə diplomu ilə, 2013-cü ildə isə Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.
 
ANS-də "Hesab vaxtı" verilişində aparıcı vəzifəsində çalışıb.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az