Aprel döyüşlərindən sonra orduda neqativ hallar... - Deputat

Aprel döyüşlərindən sonra orduda neqativ hallar... - Deputat

Aprel döyüşlərindən sonra orduda bir sıra neqativ halların baş verməsi, bir neçə insanın qanunsuz olaraq istintaqa cəlb edilməsi sosial şəbəkələrdə müzakirə olunur. Dövləti sevməyən insanlar bunu dövlətə qarşı ittiham kimi səsləndirirlər.

Miq.Az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən toplantısında deputat Fazil Mustafa bildirib.

Deputat bu məsələlərə dövlət orqanlarının nəzarət etməli olduğunu deyib:

"Aidiyyəti qurumlar bunu araşdırmalıdır. Dövləti ittiham etmək olmaz. Ordu müqəddəsdir. Bu müqəddəsliyi qoruyub saxlamaq və sağlam mühit yaratmaq lazımdır. Dünən ölkə başçısı Səlcuq Bayraqdarı qəbul edib ona döyüşlərlə bağlı mükafat təqdim etdi. Anasının südü kimi ona halaldır”.

Fazil Mustafa Türk Şurasının Zirvə görüşünü yüksək qiymətləndirdiyini də qeyd edib:

"Hesab edirəm ki, ortaq əlifba modelini yaratmağa çalışmalıyıq. Ən azından Özbəkistan kimi bunu etmək olar”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az