Aprel müharibəsi niyə dayandırıldi? -Əsl SƏBƏBİ

Aprel müharibəsi niyə dayandırıldi? -Əsl SƏBƏBİ
 
"Ordumuz çox qısa müddətə Qarabağı tam azad edəcəkdi"

Aprel döyüşlərindən yeni XƏBƏR: Müharibənin dayandırılmasının əsl SƏBƏBİ

"Aprelin 4-də müharibə dayandırılmasaydı Azərbaycan işğal edilmiş ərazilərini qısa müddətə - 15-20 günə, bəlkə də 1 aya tam azad edə bilərdi".

Miq.az ANS TV-yə istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov aprelin əvvəlində cəbhədə yaşanan gərginliyə  beynəlxalq təşkilatların münasibətini şərh edərkən səsləndirib.

O, Azərbaycanın bunun üçün yetərincə gücə sahib olduğunu, lakin beynəlxalq aləmin buna imkan vermədiyini əlavə edib.

"Həm orduda xidmət edənlərin, həm Azərbaycan xalqının, həm də ölkə başçısının torpaqların azad edilməsi üçün iradəsi, əzmi ortada idi. Biz Azərbaycan olaraq beynəlxalq münasibətlərin tərkib hissəsiyik. Dünya siyasətinin aktorlarından biriyik. BMT Təhlükəsizlik Şurasının, BMT nizamnaməsinin müəyyən tələbləri var ki, biz həmin tələblərə əməl etməliyik. Biz ötən iki ildə BMT təhlükəsizlik şurasının üzvü olduq. Beynəlxaq qurumların normaları var ki, bu tipli münaqişələr dinc yolla həll edilməlidir", - deyə Əli Həsənov bildirib.
[video=http:// ]
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az