Aqil Abbas: “8 kəndin hərbi əməliyyatlar yolu ilə qaytarılması fikri düzgün deyil”

Aqil Abbas: “8 kəndin hərbi əməliyyatlar yolu ilə qaytarılması fikri düzgün deyil”
"İşğal altında olan 8 kəndin hərbi əməliyyatlar yolu ilə geri qaytarılması fikri düzgün deyil. Diplomatiya yolu ilə həll edəcəyik”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas deyib. 

 

"Hələ diplomatiya qüvvədədirsə, diplomatiyada öndə gediriksə, qalib gəliriksə, müharibə lazım deyil. Yenidən müharibə qızışdırılsa, ermənilər səs-küy salacaqlar ki, guya Ermənistanın ərazisini işğal edirlər. Dünyanı üstümüzə qaldıracaqlar, onsuz da, qaldırıblar. Cənab Prezident özü nəyi, nə vaxt edəcəyini və nə vaxt deyəcəyini bilir”, - deputat vurğulayıb. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az