Aqil Abbas Prezident haqqında film çəkilməsini təklif etdi

Aqil Abbas Prezident haqqında film çəkilməsini təklif etdi
Deputat Aqil Abbas Milli Məclisdə çıxış edərək maraqlı ideya irəli sürüb. 
Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, o, İstanbulu işğaldan azad edən Sultan Mehmet Fatehlə Xankəndini, Şuşanı azad edən Prezident İlham Əliyevdən danışdı.
 
Bildirdi ki, Fateh Sultan Mehmet İstanbulu fəth edib orada Türk bayrağı qaldırmaqla adını tarixə yazdırdı, Prezident İlham Əliyev də Qarabağı işğaldan azad edib, Xankəndidə Azərbaycan bayrağı qaldırmaqla adını tarixə yazdırdı.
 
A.Abbas ardınca bildirdi ki, Türkiyədə çəkilən film Fateh Sultan Mehmetin  adını yaşatmaq üçün "Fatehlər fatehi Sultan Mehmet” adlanır: "Mən inanıram ki, bizdə çəkiləcək film də "Fatehlər Fatehi Prezident İlham Əliyev adlanacaq”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az