Arayik Xankəndində Azərbaycana qarşı mitinqi qadağan etdi...

Arayik Xankəndində Azərbaycana qarşı mitinqi qadağan etdi...

Separatçı Qarabağ hərəkatının 34-cü ildönümünə həsr olunmuş tədbirlərin təşkili üzrə "dövlət komissiyası" fevralın 20-də Xankəndinin "Dirçəliş" meydanında böyük mitinq təşkil etməyi planlaşdırıb. Lakin dünən məlum olub ki,  separatçı-terrorçu rejimin rəhbəri Arayik Arutyunyan tədbirin keçirilməsini qadağan edib. 
 
Moderator.az xəbər verir ki, bu haqda  Qarabağdakı erməni nəşrləri ilə yanaşı, "Hraparak" da məlumat yayıb.
 
Məlumatda deyilir ki, qadağaya səbəb Arayik Arutyunyanın mitinqin onun istefasını tələb edən hərəkata çevriləcəyindən qorxması olub.
 
"Dünən axşam komissiyanın iclası keçirilib, məsələ qızğın müzakirə olunub, amma dayandırılıb, yekun qərar hələ verilməyib. Toplantıya qadağa qoyulmasının rəsmi səbəbi koronavirusa yoluxma hallarının sayının artması göstərilsə də, lakin fevralın 10-dan sonra onların sayı hətta azalıb"- Ermənistan nəşrinin yaydığı xəbərdə belə deyilir.
 
P.S. Deməli, Arayik dolayısıyla Xankəndində ermənilərin Azərbaycana qarşı mitinq keçirilməsinə qadağa qoyub...
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az