Aşot Minasyan: “Bugünkü vəziyyət hər bir erməni üçün faciədir”

Aşot Minasyan: “Bugünkü vəziyyət hər bir erməni üçün faciədir”

İndiki vəziyyət, Ermənistanda baş verənlər hər bir erməni üçün faciədir.

Bunu mayın 21-də İrəvandakı Fransız meydanında "Sisakan" silahlı dəstəsinin komandiri Aşot Minasyan deyib.
 
"İqtidara gəlməyi bacaran yeniçəri dəstəsi olan bugünkü hakimiyyət, vətənini müdafiə etməyə qadir olan hər kəsi aşağılamağa çalışan insanları meydanlara çıxarıb. Üç Qarabağ müharibəsinin komandirini vurmağı bacaran yalançı mayor kimdir?
 
Arayik Muradyan mənim silahdaşımdır, oğulları ilə iki, qardaşı ilə bir müharibə keçib və bu gün də burada olmaqla, millətinin xilası üçün mübarizə aparır.
 
Xaçaturovlar ailəsinə qarşı yalan ifadə verən və İqor Xaçaturovu bu yalançı ittihamla həbs edən fırıldaqçı polis kimdir?

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az