"Atəşkəsə razılıq verməsəydik..." - Ermənistanın Baş Qərargah rəisi


"Aprel döyüşlərindən 44 günlük müharibədə nəticə çıxarmasaydıq fərqli yekun olardı”.

Miq.Az "Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-leytenant Artak Davtyan deyib.

Onun sözlərinə görə, Ermənistan atəşkəsə razılıq verməsəydi vəziyyət daha acınacaqlı ola bilərdi: "Əlbəttə, ilk növbədə Qarabağı bütövlükdə itirərdik. İkincisi, biz bu döyüşləri 15-20 gündən sonra dayandırmalı idik”.

Artak Davtyan deyib ki, apreldəki 4 günlük hərbi əməliyyatlar müharibə adlana bilməz.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az