ATV – son iki ilin ziyalı kamilliyi

ATV – son iki ilin ziyalı kamilliyi

Vətəninfo.az  saytına daxil olan məktubları müntəzəm olaraq oxucularımıza təqdim edirik. Son günlər redaksiyamıza ünvanlanan bir məktub yaradıcı qrupumuzu, yazarlarımızı çox ruhlandırdı. Çünki məktub real faktlara əsaslanaraq haqq nahaqqa qurban verilməmişdi. Həmin sevinci oxucu auditoriyamızla paylaşmaq üçün məktubu olduğu kimi təqdim etmək qərarına gəldik. Məktubu Biləsuvar rayonu Heydər Əliyev məktəbinin direktoru, milli qəhrəman Mübariz İbrahimov mükafatı laureatı Gülmalı Gülalıyev yazıb. Məktub son iki ildə ATV kanalının uğurları, qazanılan nailiyyətlər, kanalın ziyalılıq səviyyəsinin daha da kamilləşməsindən bəhs edir.

“Televiziya xalqın güzgüsüdür. Bu güzgüdən baxanda hər şey aydın görünür. Əgər orada obyektivlik, qərəzsizlik, hadisələrə real baxış varsa... Son iki ildə ən çox baxdığım və bəyəndiyim ATV kanalıdır. Sual doğur - niyə? Çünki kanal dövlət və dövlətçiliyimizi, siyasi, iqtisadi, sosial, mədəniyyət, idman sahəsindəki uğurlarımızı, milli-mənəvi dəyərlərimizi, mədəni irsimizi obyektiv şəkildə təbliğ edir. İşinə, vəzifəsinə məsuliyyətlə yanaşmayan, vəzifəsindən sui-istifadə edən məmurların, icraçıların iç üzü qərəzsiz şəkildə tamaşaçıya çatdırılır. Narazılıq doğuran aktual problemlər kanalda qabardılır, xalqa çatdırılır. Sevindirici haldır ki, qaldıran hər bir problem qısa vaxt ərzində lazımi ünvanlara çatır və problem aradan qaldırılır.

Bu təbii ki, ilk növbədə ATV kanalının rəhbəri, şöhrətli ziyalı, peşəkar televiziya mütəxəssisi Vüqar Qaradağlının yüksək peşəkarlığının, rəhbər kimi işinə məsuliyyətinin, ideal idarəetmə bacarığı ilə seçilməsinin nəticəsidir. Dünya azərbaycanlıları ilə qurulan əlaqələr, dünyaya Azərbaycan həqiqətlərinin çatdırılması yollarında aparılan işlər, mədəni irsimizin bir qolu olan muğamlarımızın, ozan sənətimizin, milli rəqslərimizin təbliği kanalla tamaşaçı arasında bir inam körpüsü yaradır. Şəhid ailələri ilə qurulan münasibət, müntəzəm onlarla əlaqə, döyüşən əsgərlərlə əlaqədar görüşlərin təbliği kanalın xalqa daha yaxın olmasından xəbər verir. Şəxsi münasibətlər bu kanalın iş prinsipinə ziddir. Bunu biz həm tamaşaçı, həm də bir ziyalı olaraq efirdən aydın görürük.

Regionların sosial-iqtisadi inkişafı müntəzəm olaraq obyektiv şəkildə işıqlandırılır. Kanalın daha bir müsbət cəhəti ondadır ki, aparıcılar sırf Azərbaycan dilində danışır. Rus sözlərindən və ifadələrindən istifadə edilmir. Deməli Azərbaycan ədəbi dilinin incəlikləri qorunub saxlanılır. Ölkə prezidenti İlham Əliyevin müvafiq tapşırıq və sərəncamları, keçirdiyi görüşlər kanalın xəbərlər buraxılışında qərəzsiz şəkildə təqdim edilir. Ulu öndər Heydər Əliyev irsi, müstəqil Azərbaycanın çoxşaxəli fəaliyyəti və Heydər Əliyevin böyük azərbaycanlı kimi gənc nəslə bir məktəb olaraq təqdim edilməsi alqışa layiqdir.

Çox sevinirəm ki, bu kanala mən ailəmlə birgə baxa bilirəm. Çünki mən bu obyektiv, dəyərli kanala bir ailəm qədər inanıram. ATV kanalına baxan hər kəs bəhrələnir, kanalı dəyişmək istəmir. Çünki bu kanala rəhbərlik edən Vüqar Qaradağlı dövlətini, dövlətçiliyini sevən, onun bir əsgəri kimi keşiyində mübariz dayanan bir azərbaycanlıdır, ölməz, Azərbaycan radio məkanında öz qızıl səsi ilə yaşayan bənzərsiz Aydın Qaradağlının yadiğarıdır. Bu gün ATV analoqsuz bir kanaldır. Vüqar Qaradağlının ATV kanalına gəlişi kanalı ziyalı səviyyəsinə qaldırdı. Bu gün ATV ən baxımlı kanal olmaqla bərabər ziyalı bir kanaldır. Əgər bir kanalda ziyalılıq varsa, deməli orda azərbaycançılıq var. Var olsun özünün tərəqqi, inkişaf dövrünü yaşayan bənzərsiz ATV”.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az