Yay mövsümü artıq başa çatır. Televiziyalarımız yeni mövsümə başlayırlar. Yeni mövsümdə ən baxımlı kanal olan ATV milli-mənəvi dəyərlərimizi, mədəni irsimizi, dövlətimizi, dövlətçiliyimizi, müstəqil Azərbaycanın uğurlarını obyektiv təbliğ etməklə yanaşı musiqili, əyləncəli, sosial yönümlü verilişlərlə tamaşaçıların görüşünə gələcək. Necə deyərlər, ATV yeni mövsümdə bomba kimi partlayacaq. Hər zaman obyektiv xəbər ünvanı olan ATV yeni mövsümdə də tamaşaçıları dolğun, obyektiv, operativ xəbərlərlə sevindirəcək. Yeni dekorasiyalarla bəzədilmiş çəkiliş pavilyonları tamaşaçılara xüsusi zövq verəcək. Hər bir aparıcı çalışacaq ki, öz verilişinin baxımlılığını təmin etsin. Süni şoulardan uzaq olan ATV kanalı ciddi mövzulara, problemlərə toxunacaq, son iki ildə xalqa yaxın olduğu kimi həmin sadiq ənənəni davam etdirəcək. Danılmaz bir faktdır ki, ATV kanalı, 106, 106.3 hər zaman öz aktuallığı, baxımlılığı, dinlənilməyi ilə seçilib və zirvədə dayanıb. Həmin zirvəni qoruyub saxlamaq üçün yeni mövsümdə ATV kanalı var qüvvəsini sərf edəcək. Hansı verilişlərin efirə gedəcəyini bilmək istəyirsinizsə, ATV kanalında efirə gedən anonsları izləməyi unutmayın. Sevdiyiniz aparıcılar hansı verilişlərlə görüşünüzə gələcək? Bunu anonsları izləyib biləcəksiniz. Sadəcə olaraq yenə onu vurğulayırıq ki, ATV - ən baxımlı kanal yeni mövsümdə bomba kimi partlayacaq. Partlayışı izləməyə hazır olun.
Alim Nəbioğlu
Vətəninfo.az
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ