Aviaşirkətlər Yunanıstanda bilet satışını dayandırıb

Aviaşirkətlər Yunanıstanda bilet satışını dayandırıb
"Türk Hava Yolları”, "Qatar Airways” və "Emirates” aviaşirkətləri Yunanıstanda yerləşən turizm agentlikləri vasitəsi ilə biletlərin satışına qadağa qoyub.
Vətəninfo.az-ın məlumatına görə, "Report” xarici mediaya istinadən bildirir ki, Yunanıstan vətəndaşları yay tətili üçün əvvəldən rezervasiya etdirdikləri turları ləğv etməyə başalyıblar, bu səbəbdən aviaşirkətlərə və bir sıra turagentliklərə ciddi maddi ziyan dəyib.
Aralarında "Türk Hava Yolları”, "Qatar Airways” və "Emirates”in olduğu hava yolu şirkətləri yunan səyahət agentliklərində öz biletlərinin satılmasına artıq icazə vermir. Mövzu ilə əlaqədar açıqlama verən Yunanıstan Turizm Agentlikləri Birliyinin (HATTA) rəhbəri Lisandros Tsilidis (Lysandros Tsilidis) bilet satışına icazə verilməməsinin də iqtisadi çətinlik yaradacağını deyib.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az