Avropa parlamenti Azərbaycana qarşı növbəti qərəzli addım atdı...
Bu, bir daha sübut edir ki, Rusiya kimi Qərb, Avropa, ABŞ dövlətləri də etibarsız və riyakardırlar... Odur ki, Azərbaycan dövləti ilk növbədə öz xalqına, ordusuna və bir də Türkiyə, Pakistan kimi qardaş, dost ölkələrə güvənməlidir...
Avropa Parlamentində 635 lehinə səslə "Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında” qondarma qətnamə qəbul edilib.
Moderator.az xəbər verir ki, erməni mediasının böyük həvəslə yaydığı məlumata görə, 42 nəfər bitərəf qalıb, cəmi 2 nəfər isə üzdəniraq qətnamənin əleyhinə səs verib.
Qətnamədə guya Azərbaycanın "Qarabağda erməni mədəni irsinin inkarı və məhv edilməsi siyasəti, beynəlxalq hüququn və Beynəlxalq Ədalət Məhkəməsinin son qərarının pozulması qətiyyətlə pislənir".
P.S. Bu, bir daha sübut edir ki, Rusiya kimi Qərb, Avropa, ABŞ dövlətləri də etibarsız və riyakardırlar... Odur ki, Azərbaycan dövləti ilk növbədə öz xalqına, ordusuna və bir də Türkiyə, Pakistan kimi qardaş, dost ölkələrə güvənməlidir...
Sultan Laçın