Rəsmi rəqəmlərə görə, ötən dekabrda 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə avrozonada inflyasiya göstəriciləri mənfiyə çevrilərək qiymətlərin 0, 2 faiz enməsinə səbəb olub.
Vətəninfo.az-ın məlumatına görə, Avropa Mərkəzi Bankının avrozonanın iqtisadiyyatını stimullaşdırmaq üçün bazara müdaxilə edəcəyi gözlənilir.
Bankın inflyasiya hədəfi 2 faizdən az, lakin ona yaxındır. Qiymətlərin enməsi neft qiymətlərinin son enişi ilə əlaqədar enerji xərclərinin aşağı olması ilə bağlıdır. Ötən dekabrda enerji xərcləri bir il əvvəlin müvafiq dövrü ilə müqayisədə 6, 3 faiz aşağı olub.
Əgər enerji qiymətləri nəzərə alınmazsa, dekabrda avrozona üçün inflyasiya rəqəmi 0, 6 faiz göstərilməlidir. Ərzaq, alkohol və tütün qiymətlərinin ötən illə müqayisədə noyabr ayında 0, 5 faiz yüksəldikdən sonra dəyişməz olaraq qalacağı gözlənilir.
Noyabr ayında sabit olan xidmət qiymətlərinin 2013-cü ilin dekabr ayı ilə müqayisədə 1, 2 faiz çox olacağı proqnozlaşdırılıb.
Maliyyə böhranının ən dərin həddə çatdığı 2009-cu ildən bəri bu, avrozonada yaşanan ilk deflyasiyadır. Avropa İttifaqının statistika qurumu olan Eurostat-ın proqnozlarına bu ayın sonlarında yenidən baxılacaq.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib