Avstraliyalı qadın “bir quru sözdən ötrü” deportasiya olunacaq

Avstraliyalı qadın “bir quru sözdən ötrü” deportasiya olunacaq
Birləşmiş Ərəb Əmirliklərində avstraliyalı qadın sosial mediada "pis söz işlətdiyinə görə" həbs edilib. "Mənə nə edəcəklərindən əmin deyiləm" deyib.
Vətəninfo.az Musavat.com-a istinadla xəbər verir ki, iddialara görə Jodi Magi (39) Əbu-Dabidə yaşadığı binanın qarşısında bir maşının yanlış park edilməsinə dair Facebooka şəkil paylaşıb. 
"Guardian”ın xəbərinə görə, Əbu-Dabi məhkəməsinə çıxarılacaq Magi, "sosial mediada insanlar haqqında pis söz işlətdiyinə görə" ölkədən deportasiya olunacaq.
"Heç kəs mənə nə olacağı barəsində bir söz demir", deyə Magi çərşənbə axşamı öz açıqlamasında bildirib.
O, maşınını yanlış park etmiş sürücü haqqında yazdığı fikirlərinə görə həbs olunub.
Magi Ey-Bi-Si radiosuna açıqlamasında bildirib ki, Avstraliya höküməti yalniz özünün ticarət əlaqələri ilə maraqlanır: "Mən səfirliklərin vətəndaşlara çətin vaxtlarda kömək olduqlarını sanırdım".



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az