Avtoritetlər Saakaşvilinin avtomobilini qaçırdı

Avtoritetlər Saakaşvilinin avtomobilini qaçırdı
Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin "Toyota Land Cruiser" avtomobili paytaxt Kiyev şəhərində naməlum şəxslər tərəfindən qaçırılıb.

Bu barədə "Strana.ua" Baş Prokurorluqdakı mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, avtomobilin dəyəri təxminən altı milyon qrivnadır (15,5 milyon rubl). Onun kriminal avtoritet Serqo Qlontinin əlaltıları tərəfindən qaçırıldığı güman edilir. "Strana.ua"nın iddiasına görə, avtomobil sahibinə əvvəllər Ukraynada saxlanılan şəxsin Macarıstana ekstradisiya edilməyəcəyi, həbsdən buraxılacağı təqdirdə qaytarılacaq.

"Strana.ua" həmçinin Saakaşvilinin adətən ictimai tədbirlərə ucuz avtomobillə gəldiyini yazıb.

Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ötən il mayın sonunda Odessa vilayətinə rəhbər təyin edilib. /Report.az/

Miq.az 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az