Çavuşoğlu Hillari Klintona xəbərdarlıq etdi

Çavuşoğlu Hillari Klintona xəbərdarlıq etdi

ABŞ prezidentliyinə namizəd Hillari Klintonun PKK-nın Suriya qolu olan PYD-yə silah tədarükünün gərəkli olmasına dair bəyanatı terrorizmə dəstəkdir.

APA-nın verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M.Çavuşoğlu bildirib: "Bu baş verərsə, ABŞ terroru dəstəkləyən ölkəyə çevriləcək. Biz sadəcə dostcasına xəbərdarlıq etmək istəyirik: terrorçularla əməkdaşlıq edənlər onlarla əlbirdirlər”.

Qeyd edək ki, Klinton Sent-Luisdə keçirilən teledebatlar zamanı ABŞ-ın Suriya və İraqda "ən yaxın dostları” adlandırdığı PYD terrorçularının silahlandırılması məsələsini nəzərdən keçirəcəyini vəd edib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az