"Ay gədə, haram pul yeməkdənsə özünü müalicə et”
Xəbər verdiyimiz kimi, müğənni Nazənin və Təranə Qumral arasında gedən məhkəmə prosesi başa çatıb. Məhkəmədə Nazənin Təranə Qumralı udub. Nazənin öz
həyat yoldaşının Təranə Qumralla intim əlaqədə olduğunu sübut edib.
Məhkəmə qərarına əsasən, Təranə Qumral həmkarından üzr istəyərək ona 10
min manat pul ödəməlidir. Məhkəmədə məğlub olan Təranə Qumral sosial
şəbəkədə Nazəninin həyat yoldaşı haqda inanılmaz fikirlər yazıb: "
"Azərbaycan kişisi" dedikdə gözümün önündə cəngavər, qürurlu, mərd
oğullarımız canlanır.
Amma mənim şəklini paylaşdığım bu şəxs, Azərbaycan
lotosunda (Azərlotoreya nəzərdə tutulur – red.) işləyən adam həmin
kişilərdən deyil. Kişilikdə payı olmadığından orda-burda ağzını əyri
qoyub, özü kimi arvadlarla dalımca danışmaqla məşğuldur. Ay gədə, haram
pul yeməkdənsə, xəstəsən, get özünü müalicə et. Bunun adı Məhəbbətdir,
soyadı Həsənovdur. Evdə erməni qucağında böyüyüb. Bunu da erməni kimi
böyüdüblər. Ona görə bilmir ki, Azərbaycan xanımı toxunulmazdır. Mənim
bir qardaşım olub. O da Azərbaycan uğrunda şəhid olub. O bilməzdi ki,
sənin kimi gədələr bu gün bir az pul qazanıb, özünü kişi kimi aparmaq
istəyəcəklər. Onun-bunun bacısını, arvadını şantaj edəcəklər. Bilirəm,
bu yazını oxuyan kimi məhkəmə haqda düşünəcəksən. Düşün. Orda da gəlib
sənə sözümü deyəcəyəm, şərəfsiz”.
SİA