Aysel Əlizadədən erotik şeir: CANINA ÇƏKƏRDİN QADINLIĞIMI

Aysel Əlizadədən erotik şeir: CANINA ÇƏKƏRDİN QADINLIĞIMI

Miq.Az tanınmış şairə Aysel Əlizadənin Facebook profilində paylaşdığı erotik şeiri təqdim edir.
 
Kaş yatağımı bunca yalqız qoymazdın
qoxunu həsrətdən yox,
şəhvətdən alardım.
Kaş dodaqlarımı 
dodaqlarının arasında yatırardın.
Necə başlamışdısa, eləcə bitərdi.
Gərək gözəl ayrılardıq.

Sən gözüyumulu,
yarıoyaq, yarıyuxulu 
alnımdan boynuma 
dodağınla cizgi çəkərdin, 
başımı geri atıb aşağı ötürüb 
yol verərdim mən də sənə.
Sən nəfəsini yel kimi dərimə üfürüb
İsti küləyim olardın yenə. 

Bütün hücrələrimlə yanardım onda.
Səhra kimi uzanardım altında, suyum olardın...
Soyudardın qumsallığımı,
canına çəkərdin qadınlığımı. 

Kaş gözəl ayrılardıq...
Tanrı kimi sevişib gedərdin.
Bətnimdə bəyaz iz buraxardın,
Sənə bir İsa doğardım ki...

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az