Azərbaycan 3 türk ölkəsi ilə ortaq ordu qurur

Azərbaycan 3 türk ölkəsi ilə ortaq ordu qurur

Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan ortaq hərbi birlik yaradacaq.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Milliyət” qəzeti yayıb. Qəzet bu birliyin Avrasiya Hərbi Statuslu Ordu Qüvvələri adlandırılacağını bildirib. Bu qurumun simvolu at və dörd ulduzdan ibarət olacaq. Yeni qurum 2018-ci ildə rəsmən fəaliyyətə başlayacaq və sadəcə sülh üçün çalışacaq.

Hər ölkəni burada öncə müəyyən edilən sayda kontingent təmsil edəcək. Türkiyəni birlikdə Jandarma Ümumi Komandanlığı təmsil edəcək və o digər ölkələrin ordu qüvvələrinə təlim keçəcək.

Bu qurum BMT Sülhməramlı Qüvvələri kimi çalışacaq.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az