Azərbaycanda ölkədə istehsal olunan tütün məmulatlarının və spirtli içkilərin aksiz dərəcələrinin dəyişdirilməsi təklif edilir.
Vətəninfo.az xəbər verir ki, bu barədə parlamentin İqtisadi siyasət komitəsinin iclasında müzakirə olunan "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsində qeyd edilir. Hazırda bütün növ tütün məmulatlarının dəyərində aksizlərin payı 12,5 faiz təşkil edir.
Dəyişikliklərə görə, siqarlar, ucları kəsilən siqarlar və siqarillanın (nazik siqarlar) 100 ədədinin dəyərində aksizin payı 10 manat, siqaretlər və onların əvəzləyiciləri üçün isə hər min ədədinə görə 4 manat müəyyən edilməsi təklif edilir.
Bundan əlavə, spirtli içkilərin dəyərində aksizlərin payının artırılması təklif edilir. Beləliklə, içməli spirt, araq, likör, tünd içkilərdə aksizin payı 2 manat, konyakın və konyak məmulatlarının dəyərində 6 manat, şampan şərabının dəyərində 2,5 manat, pivənin və digər pivə içkilərinin dəyərində isə 0,2 manat olmalıdır.
Hazırda spirtli içkilərin dəyərində aksizin payı belədir: içməli spirt - 0,8 manat, araq, likör, tünd içkilərdə - 0,5 manat, konyakın və konyak məmulatlarının dəyərində 0,2 manat, şampan şərabının dəyərində 0,2 manat, pivənin və digər pivə içkilərinin dəyərində 0,08 manat, şərab və şərab materiallarının dəyərində isə 0,1 manat.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib