Bizim telekanallar isə hələ də kişilərə qayğanaq, bozbaş, ləvəngi bişirmək təlimi keçir...
26-cı ildir ki, bircə qarışını azad edə bilmədiyimiz hərbi-strateji cəhətdən də çox əhəmiyyətli Kəlbəcər rayonunun dağlarında təlim keçən erməni terrorçu dəstələrinin daha bir görüntüsü yayılıb.
Mirkazım Laçın Alxaslının "You Tube”dəki kanalına istinadla təqdim edilən videoda təxminən 40-60 yaşlı bir neçə peşəkar terrorçunun Azərbaycan torpaqlarında gənc oğlan və qızlara "Kalaşnikov” avtomatı ilə hədəfi nişan alaraq vurmaq qaydaları öyrədilir.
Təlimlərin Kəlbəcər rayonunun Nadirxanlı kəndində keçirildiyi ehtimal edilir/
P.S. Bizim telekanallar isə 3-cü onillikdir ki, nadir istisnalarla, kişilərə qayğanaq, bozbaş, ləvəngi bişirmək təlimi keçir və onları yarışdırır...