Azərbaycan Dövlət Neft Fondu (ARDNF) rubl siyasətinə yenidən baxmalıdır.
Vətəninfo.az-ın məlumatına görə, bunu Milli Məclisdə Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsi zamanı millət vəkili Fərəc Quliyev deyib.
ARDNF-nin rubla investisiya yatırdığını deyən millət vəkili bildirib ki, sözügedən valyutanın dəyəri aşağı düşdüyündən fondun aktivləri azalacaq: “Rublun dəyəri aşağı düşür. Belə getsə, yəqin elə belə də gedəcək, rubla qoyulan aktivlərimiz azalacaq. Hesab edirəm ki, fondun rubl siyasətinə redaktələr edilməlidir”.
F. Quliyev büdcənin neft gəlirlərindən asılılığını azaltmaq üçün ciddi tədbirlərin görülməsini də vacib sayır: “Neftsiz ölkələr var, onlar büdcəni necə formalaşdırırlar?”
O, ARDNF-nin ehtiyatlarının işğal altında olan torpaqların azad edilməsindən sonra bu ərazilərdə bərpa işlərinə sərf olunmasını məqsədəuyğun sayır.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib