“Azərbaycan dövləti istənilən təxribatın qarşısını almaq gücündədir”
"Azərbaycan çətin və mürəkkəb bir regionda yerləşir. Nəzərə almaq lazımdır ki, Ermənistan kimi təxribatçı, işğalçı dövlətlə üz-üzəyik."
Bunu "Qarabağ” Kikboksinq Klubun prezidenti Emin Seyidov sosial şəbəkədə təxribatla bağlı çağırışlara münasibət bildirib.
"Sosial şəbəkədə təxribat xarakterli məlumatların yayılması yolverilməzdir. Ölkədə insanları kütləvi ixtişaşlara çağırmaq vəziyyəti qarışdırmaq niyyətı daşıyır. Ortada cinayət var və bunu edən cəzalandırılacaq. Cinayətin məşhurlaşdırması və bunu antiqüvvələr öz maraqları çərçivəsində istiqamətləndirməsi isə cəmiyyətdə təhlükəli halların sayının artmasına gətirib çıxara bilər. Bunun zərərini dövlət olaraq çəkə bilərik. Düşmənlərimiz sevindirər və fəlakətlərə səbəb olar. Bəzi antiqüvvəllərin bundan istifadə etməyə çalışdıqları ortadadır.
Bu gün güclü dövlətimiz var. İstənilən təxribatın qarşısı alınacaq. Buna heç kimin şübhəsi olmasın.Üstəlik, Azərbaycanda güclü xalq və dövlət birliyi formalaşıb”.
Miq.Az