Azərbaycan hökuməti Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondla (İFAD) əməkdaşlığı davam etdirəcək.
Vətəninfo.az Trendə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov cümə axşamı Bakıda keçirilən İFAD iclasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda iqtisadi inkişafın əsas hədəfi qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafıdır. Onun inkişafını və bu istiqamətdə strategiyasını müəyyən etmək üçün belə seminarların keçirilməsi yolu ilə beynəlxalq təcrübənin öyrənilməsi və qabaqcıl biliklərdən istifadə vacibdir:
"Bu sahədə bilik və vərdişlərin inkişafı üçün İFAD ilə uzunmüddətli əməkdaşlıq həyata keçirilir. Bu təşkilat artıq 17 ildir fəaliyyət göstərir. O, ərzaq təhlükəsizliyi, yoxsulluğun azaldılması, kənd təsərrüfatı infrastrukturunun yaradılması və s. ilə bağlı məsələlərin həllində mühüm rol oynayır. Son 15 il ərzində İFAD xətti ilə kənd təsərrüfatının inkişafına 15,8 milyard dollar yönəldilib ki, bu da milyonlarla vətəndaşın sosial vəziyyətini yaxşılaşdırmağa imkan verib və ümumilikdə, sektorun inkişafında böyük rol oynayıb. Fəaliyyət göstərdiyi dövr ərzində İFAD-ın investisiya portfeli təxminən 192 milyon dollar təşkil edib".
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib